Afrika dünyanı şoka saldı: Günəş enerjisi ilə işləyən avtobus - FOTO

Texnologiya 2 Aprel 2017 17:45 Oxunub 3336
Afrika dünyanı şoka saldı: Günəş enerjisi ilə işləyən avtobus - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər kütləvi istehsal olunarsa hər bir avtobus 58,000 dollara başa gələcək

Afrikanın günəş enerjisi ilə işləyən ilk avtobusu təqdim olunub. Avtosfer.az xəbər verir ki, "Kiira Motors"a məxsus Kayoola elektrik avtobusu Uqandanın paytaxtı Kampaladakı stadionda nümayiş etdirilib. Akkumulyatorlardan biri avtobusun üzərindəki günəş paneli vasitəsilə yüklənə bilir və bu avtobusun sürətini artırır. Hazırda şirkət kütləvi istehsal üçün tərəfdaşlar cəlb etməyə çalışır. "Kiira Motors"un icraçı direktoru Paul İsak Musasizi bildirib ki, insanlar Uqandanın prototip avtomobil istehsal edə bilməsi ideyasını maraqla qarşılayıblar. Direktor deyib ki, o ölkəsinin regionda avtomobil, mühərrik istehsalı sahəsində qabaqcıl olmasını istəyir. O həmçinin bu istehsalın işsizliyin sayını azaladacağına ümid edir və təxmin edir ki, 2018-ci ilədək 7 mindən çox insan Kayoola avtobusunun istehaslında iştirak edə bilər. Lakin ilkin olaraq layihənin həyata keçməsi üçün beynəlxalq şirkətlərin avtobusu hissələrlə təmin etməsi lazımdır. 2039-cu ilədək isə şirkətin bütün hissələri istehsal edəcəyi və avtobusun Uqandada yığılacağı planlaşdırılır. 35 yerlik avtobus daha çox şəhərdaxili nəqliyyat üçün nəzərdə tutulub. Çünki uzaq məsafələrə hərəkət etməsi üçün enerji yetərli olmaya bilər. Əgər kütləvi istehsal olunarsa hər bir avtobus 58,000 dollara başa gələcək.//publika.az

http://publika.az/storage/upload/5154456b13cc953f691454456009_uganda_sola_bus_640x360_bbc_nocredit1.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh