"Ferrari 488" bazasında "Mansory Siracusa Spider" - FOTO

Avtodünya 2 Aprel 2017 20:30 Oxunub 1478
"Ferrari 488" bazasında "Mansory Siracusa Spider" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mansory Siracusa Spider yerindən ilk yüzlüyə 2,9 saniyəyə (-0,1) sürətlənir, maksimal sürət isə 341 km/saatdır

Cenevrə 2017 avtosalonunda Mansory tüninq atelyesi məxsusi Ferrari 488 Spider versiyasını təqdim etdi. Avtosfer.az xəbər verir ki, O, Siracusa Spider adı alıb. Alman tünerlər italyan superkarı üçün qabaq splitterdən, yan ətəklərdən, palçıq qoruyucularından və arxa diffuzordan ibarət rəngsiz karbondan asma hazırlayıblar. Modelin eksteryerinin işlənilməsində şirkət, həmçinin İtaliya bayrağının rənglərindən istifadə edib, təkərlər isə 20-düymlük qızılı rənglidir. Mansory mütəxəssisləri təkcə interyerin və eksteryerin təkmilləşdirilməsi ilə kifayətlənməyiblər. Atelyedə, həmçinin spayderin asılqanını 20 mm aşağı salıblar, 3,9-litrlik tvin-turbo səkkizliyin məhsuldarlığını isə 780 a.g.-dək artırıblar. Bu, standart versiyadan 110 a.g. çoxdur. Nəticədə Mansory Siracusa Spider yerindən ilk yüzlüyə 2,9 saniyəyə (-0,1) sürətlənir, maksimal sürət isə 341 km/saatdır. Qiymət barədə məlumat verilmir.

http://www.auto.az/fckfiles/1490872147.jpg

 

 

 

//auto.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh