Toy karvanındakı "Niva"lardan təhlükəli hərəkətlər -VİDEO

Avtosfer TV 2 Aprel 2017 21:29 Oxunub 7391
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhərin ortasında oyun çıxarıb təhıükə yaradırlar

Azərbaycanda toy karvanlarında avtomobillərin "yarışı" dəb halını alıb. Yol polisi bir müddət əvvəl bu barədə xüsusi xəbərdarlıq etmişdi. Hətta bir sıra cəza tədbirləri görüldü. Görünür bunlar toy karvanının "ənənəsini" sevənləri yolundan döndərə bilməyib. Sosial şəbəkələrdə blogger Bilal Nuriyevin paylaşdığı video müzakirə obyekti olub. Belə ki,  budəfəki "ölüm oyununun" "qəhrəmanları" "NİVA" sürücüləridir. 90-UX-588 dövlət nömrə nişanlı "Mersedes" (Galenvagen) markalı bəy-gəlin maşının müşayət edən  99-XB-055, (ehtimal ki yol polisidir), 90-KU-091, 99-XF-228, (əlavə olaraq sayrışan işıqlar quraşdırılıb), 90-ZH-686, zolaqlar üzrə düzgün yerləşməyərək müxtəlif təhlükəli manevrlər edərək qəza vəziyyəti yaradır, özlərini və maşındakı sərnişinləri təhlükəyə atırlar. Eyni zamanda bütün yolu tutaraq hərəkətə maneə törədirlər. Avtomobillərin bir çoxu isə müxtəlif sayrışan işıqlar, əlavə avadanlıqlarla təchiz olunub. Hətta sürücülərdən biri yol polisi olduğu ehtimal edilir. Avtomobillərin arxa şüşələri isə örtüklə bağlanıb və nömrələrin üstü örtülüb. Avtosfer.az həmin görüntüləri təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh