Bakıda bu zolaqlarda hərəkət yenə qadağan olunacaq – Mayda

Yazarlar 3 Aprel 2017 16:55 Oxunub 1370
Bakıda bu zolaqlarda hərəkət yenə qadağan olunacaq – Mayda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İslam Oyunlarında həmin zolaqlarda yalnız xüsusi icazəsi olan avtomobillər hərəkət edə biləcək

İslam Oyunları zamanı Bakıda nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Avtosfer.az-ın Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi məlumata görə, 2015-ci ildə keçirilən Avropa Oyunlarında olduğu kimi, bu il də yollarda sarı xətlə işarələnən zolaqlarda nəqliyyat vasitələrinin hərəkətinin qadağan olunması nəzərdə tutulur. Bununla bağlı artıq işlərə başlanılıb. Belə ki, “Azəravtoyol” ASC-nin əməkdaşları 2015-ci ildə çəkilən zolaqları Bakının bəzi küçələrində yeniləməyə başlayıb. Zolaqlarda yazılan “Baku-2015” yazısı “Baku-2017” ilə əvəz olunub, xətlər yenilənib. Bununla da İslam Oyunları günlərində həmin zolaqlarda yalnız xüsusi icazəsi olan avtomobillər hərəkət edə biləcək.

Qeyd edək ki, İslam Oyunları may ayında Bakıda keçiriləcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh