Bu sürücüyə siqnal vermək olmaz – Əsəbləşir – VİDEO

Xəbərlər 3 Aprel 2017 11:18 Oxunub 23680
Bu sürücüyə siqnal vermək olmaz – Əsəbləşir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozaraq təhlükəli vəziyyət yaradır, hələ acıq da çıxır

Oxuculardan biri Avtosfer.az-a Bakıda yol hərəkəti qaydalarınl pozan, ona etiraz etdikdə isə acığa düşüb qəza vəziyyəti yaradan sürücünün videosunu göndərib. Oxucu bildirir ki, hadisə mart 16-da, 18-19 arasında Xətai rayonundakı ASAN xidmətin qarşısında baş verib: “İşıqforun yaşıl işığı yandığı zaman 99 GV 979 nömrəli “Mercedes Vita” markalı avtomobil mənim yerləşdiyim sağ zolağa yerdəyişmə edən zaman işıq siqnalını yandırmadan və mənə yol verməli olduğu halda bunların heç birini etmədən məni sağ tərəfə sıxdı. Etiraz əlaməti olaraq səs siqanlı ilə sürücünü diqqətli olmağa çağırdım. O isə bu azmış kimi qarşıma keçib ehtiyac olmadan kəskin tormozdan istifadə edərək qəza şəraiti yaratdı. Videoda “Mercedes Vita” markalı avtomobilin sürücüsünün bir neçə ciddi qayda pozuntusu törətdiyi görünür. Çox xahiş edirəm ki, bu məsələni ictimailəşdirəsiniz ki, həmin sürücü qanun qarşısında cavab versin. Cox istərdim ki layiqli cəzasını alsın”.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar 3 Aprel 2017 12:31
Imisli