Polislər "Lamborghini Huracan" sürəcək - VİDEO

Yol polisi 3 Aprel 2017 20:00 Oxunub 2284
Polislər "Lamborghini Huracan" sürəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə xüsusi soyuducu bölmə quraşdırılıb

Dünyada Dubay polisləri superkarları ilə öyünə bilər. Avtosfer.az xəbər verir ki, bu yaxınlarda italiyalı polislərin də qarajına ekzotik avtomobillər daxil edilib. Bu yaxınlarda polislər "Lamborghini Huracan LP 610-4" model super avtomobillərinə qovuşublar. "Lamborghini Huracan" yerli polisə uyğun olaraq xüsusi rənglənib. Bundan başqa polis əməkdaşları üçün lazım olan cihazlarla təchiz edilib. Məsələn, silah, polis radiosu və noutbukunu saxlamaq üçün salonda xüsusi yerlər quraşdırılıb. Amma avtomobildə arxa oturacaq yoxdur. Bu səbəbdən qanunu pozan şəxslər polis bölməsinə "Lamborghini" ilə yox, adi avtomobil ilə aparılacaq. Bundan əlavə avtomobildə xüsusi soyuducu bölmə quraşdırılıb. Bu isə tibbi məqsədlər üçün istifadə edilə bilər. Məsələn, transplantasiya üçün orqan və ya qan aparmaq üçün faydalı ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh