Ərindən şübhələnən qadından taksi sürücüsünə təklif: "Onu izlə, nə istəyirsən verim" - Bakıda

Yazarlar 3 Aprel 2017 14:30 Oxunub 14855
Ərindən şübhələnən qadından taksi sürücüsünə təklif: "Onu izlə, nə istəyirsən verim" - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın sürücünün ona əxlaqsız təklif etdiyini deyib

Bakıda taksi qəribə hadisə baş verib. Avtosfer.az xəbər verir ki, bu haqda azxeber.com-a taksi sürücüsü özü məlumat verib. Onun dediyinə görə, qadın müştərilərdən biri sürücüyə ərini izləmək təklifi edib, əvəzində isə nə qədər pul istəsə verəcəyini bildirib. Sürücü bu təkliflə razılaşmayıb, bunun etik olmadığını deyib və qadını bu işdən yayındırmağa çalışıb. Sürücünün bu reaksiyası qadını daha da hiddətləndirib və o sürücüdən taksi şirkətinə şikayət edib. Belə ki, qadın sürücünün ona əxlaqsız təklif etdiyini deyib. Şirkət məsələni araşdırıb və məlum olub ki, qadın yalan deyirmiş. Əvəzində taksi şirkəti bu addıma görə sürücünü mükafatlandırıb və onun balansına pul yükləyib. Qeyd edək ki, sürücünün dediyinə görə izlənilməsi tələb olunan kişi məmur imiş. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh