Sürücülərin işi asanlaşır – Buradan geriyə dönmək mümkün olacaq - FOTO

Avtoxəbər 3 Aprel 2017 16:14 Oxunub 5656
Sürücülərin işi asanlaşır – Buradan geriyə dönmək mümkün olacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər svetoforda gözləmədən birbaşa geriyə hərəkət edəcək

Bakıda "Sovetski" layihəsinin daha bir işinə start verildi. Hazırda Heydər Əliyev Sarayının yanında geriyə dönmə yeri hazırlanır. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib. O bildirib ki, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkət edən avtomobillər bundan sonra svetoforda gözləmədən birbaşa geriyə hərəkət edərək Fizuli küçəsinə, yəni "Beş mərtəbə" dairəsi istiqamətinə qayıda biləcəklər.

Qeyd etdiyimiz geriyə dönmə yeri, "Sovetski" layihəsində nəzərdə tutulub. Həmin layihədə göstərilib ki, "Beş mərtəbə" dairəsi "Qış parkı"na birləşəndən sonra Azərbaycan prospektindən gələn avtomobillər "Nizami" metrostansiyası tərəfə getmək üçün Şəmsi Bədəlbəyli küçəsinə daxil olaraq qeyd etdiyimiz geriyə dönmə yerindən dönərək gedə bilərlər.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh