Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Yarışma 3 Aprel 2017 16:18 Oxunub 1548
Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aprelin 3-dən etibarən 

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə şirkətdən verilən məlumata görə, Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir. Zərifə Əliyeva küçəsinin Bül-Bül prospekti ilə Rəsul Rza küçəsi arasında qalan hissəsində aprelin 3-dən etibarən bir neçə gün ərzində yalnız gecə saatlarında (22:00-dan 06:00-dək) yolun kənarına baryerlər quraşdırılacaq. Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh