Dünyanın ən sürətli avtomobilləri Bakıya gətirildi – FOTO

Yarışma 27 Oktyabr 2014 14:52 Oxunub 2070
Dünyanın ən sürətli avtomobilləri Bakıya gətirildi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarış avtomobilləri ilə şəkil çəkdirmək imkanı veriləcək

Bakıda dünyanın ən sürətli avtomobillərinin yürüşü təşkil ediləcək. Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarının təşkilatçılarından verilən məlumata görə, avtoyürüş 31 oktyabr saat 19.00-da baş tutacaq. Baku World Challenge-də iştirak edən 30 avtomobil Dövlət Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə qədər yürüş keçirəcək. Daha sonra Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarında iştirak edən pilotlar Heydər Əliyev Mərkəzinin qarşısında avtomobil həvəskarlarına avtoqraf verəcəklər. Saat 20.00-dan 20.50-yə qədər onlara yarış avtomobilləri ilə şəkil çəkdirmək imkanı yaradılacaq.

Qeyd edək ki, noyabrın 1-də Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarında dünyanın ən sürətli 30 avtomobili iştirak edəcək. Bakıya yarış üçün gətirilən avtomobillərin arasında “McLaren MP4-12C”, “Mercedes SLS AMG”, “Aston Martin Vantage GT3 of Beechdean AMR”, “Porsche 997 GT3-R”, “Audi R8 LMS ultra”, “Corvette Z06” olacaq.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh