Yeni "Dodge Challenger SRT Demon" modeli üzə çıxdı - FOTOLAR

Avtodünya 4 Aprel 2017 13:49 Oxunub 1699
Yeni "Dodge Challenger SRT Demon" modeli üzə çıxdı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil dayanacaqda paparazilərin fotoaparatına tuş gəlib

"Dodge" şirkəti yeni "Challenger SRT Demon" modelini rəsmən təqdim etməyib. Rəsmi təqdimatı keçirilməyən avtomobil Koloradoda avtomobil dayanacağında paparazilərin fotoaparatına tuş gəlib. Modelin üzərində tünerlərlə yanaşı mühəndislər də əziyyət çəkiblər. Salona quraşdırılan diaqnostika üçün nəzərdə tutulmuş kompüter yeniliklərdən xəbər verir. Şirkət rəsmi olaraq təsdiqləyib ki, yeni model "Hellcat" modelindən çəki etibarilə 100 kq yüngül olacaq. Salonda səs izolyasiyası azaldılıb, ehtiyat təkər ləğv edilib. Bundan başqa səs dinamolarının da sayı azaldılıb. "Dodge Challenger SRT Demon" modeli yeni təkər sisemi ilə də təchiz edilib. Avtomobilin mühərrik sistemi barədə məlumat verilmir. Görünür şirkət bu məlumatı 11 aprel tarixində Nyu-Yorkda keçiriləcək avtomobil sərgisinə saxlayıb.

 

Ölkə.Az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh