70-lik yolda 120 ilə gedın yük maşınları asfaltı belə dağıdır – REAL VİDEO

Yazarlar 4 Aprel 2017 14:56 Oxunub 12159
70-lik yolda 120 ilə gedın yük maşınları asfaltı belə dağıdır – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eyni şirkətə məxsus olan maşınlar yollarda hoqqabazlıq edərək təhlükə yaradırlar

Aprelin 1-i Bakı-Quba yolunda intizamsız yük avtomobilləri sürücülərinin görüntüləri Avtosfer.az-ın kamerasına tuş gəlib. Həmin yolun çəkiliş aparılan hissəsində minik avtomobilləri üçün 110 km/saat sürət, 3.5 tonda artıq olan yük avtomobilləri üçün isə 70 km/saat sürət təşkil olunub. Amma gördüyünüz kimi, minik avtomobili 120 km saat sürətlə yük avtomobilinə çata bilmir. Kameraya düşən yük avtomobillərinin əksəriyyəti eyni şirkətə məxsusdur. 10-ZH-821, 10-ZH-829, 10-ZH-828, 10-ZH-825, 99-ZA-287 və 99-ZA-250 qeydiyyat nişanlı yük avtomobilləri yolda yüksək sürətlə hərəkət edərək digər sürücülərə təhlükə yaradırlar. Onlar sanki yarışa çıxıbmışlar kimi, bir-birini ötərək təhlükəli hərəkətlər edirlər.

Həmin yük avtomobilləri hərəkət sürətini aşmaqdan əlavə həm də yolun sol zolağıyla hərəkət edirlər. Sağ zolağı bərbad vəziyyətə salan bu yük avtomobilləri indi sağ zolaqda hərəkət etməyi özlərinə sığışdırmırlar. Hədəfləri isə sol zolağı dağıtmaqdır. Yolun hər iki zolağının artıq bərbad hala düşməsi videoda tam aydın görünür. Odur ki, sürücülər bu yollardan istifadə edərkən son dərəcə diqqətli olmalıdır. Xüsusən, gecə vaxtı burada qəza təhlükəsi var.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh