Formula-1: "Abşeron, Bulvar və Xəzər tribunaları quraşdırılır"

Yarışma 4 Aprel 2017 15:35 Oxunub 1442
Formula-1: "Abşeron, Bulvar və Xəzər tribunaları quraşdırılır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gündən etibarən

Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir. Bu gündən Abşeron, Bulvar və Xəzər tribunalarının quraşdırılmasına başlanılıb. Avtosfer.az xəbər verir ki, bunu "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai azərtac-a məxsusi müsahibəsində deyib. N.Arpadarai bildirib ki, hazırda pit-binasında tikinti işləri tam sürətlə aparılır. Bununla yanaşı, Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Trekin Xaqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində baryerlər quraşdırılıb. "Bu gündən etibarən Abşeron, Bulvar və Xəzər tribunalarının quraşdırılmasına başlanılıb. Bu tribunaların quraşıdırılması bir ay ərzində davam edəcək. Gələn ay isə digər tribunaların və təhlükəsizlik baryerlərinin quraşdırılması işləri yekunlaşacaq. Bu il trekin keçdiyi yollarda yeni asfalt qatı salınmayacaq. Niyazi küçəsindəki qəmbər daşları ilə örtülü yol isə asfaltlanacaq. Tikinti işlərinin əksəriyyəti gecə saatlarında aparılır. Bu il demək olar ki, tikinti işləri ilə bağlı hər hansı yol bağlanmayacaq”, deyə N.Arpadarai qeyd edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh