“20 Yanvar” körpüsündə sürət həddi artırıldı

Avtoxəbər 5 Aprel 2017 00:42 Oxunub 9094
“20 Yanvar” körpüsündə sürət həddi artırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər körpüyə qalxandan sonra 80-lə hərəkət edə biləcəklər

Bakının şimal çıxışında - "20 Yanvar" dairəsindəki körpüyə Tbilisi prospekti tərəfdən qalxan yerdən başlayaraq sürət həddini 80 km/saat-dək qaldırıblar. Avtosfer.az-ın məlumatına görə, bu yenilik dünəndən tətbiq edilib. Üzü Sumqayıt istiqamətində hərəkət edən avtomobillər körpüyə qalxandan sonra 80 km/saat sürətlə hərəkət edə biləcəklər. Körpüdən sonra isə sürət 90-dır.

Lakin körpüdə tətbiq edilən yeniliklə bağlı bir çatışmazlıq var. Belə ki, “20 Yanvar”dan “Şamaxınka”ya gedərkən sola ayrılan yoldan əsas yola qoşulan sürücülər üçün sürət nişanı təkrarlanmır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, orada sürücülər onsuz da sürət rejimini kütləvi pozurdular, xüsusən də körpünün aşırımından sonra: “Bundan sonra artıq qanuni şütümək olacaq. Sürücülərin daha intizamlı olduğu ölkələrə fikir versəniz görəcəksiniz ki, avtobanın da tuneldən keçən hissəsində sürəti 120-130-dan 80-dək endirirlər. Yəqin bizimkilər də bundan ruhlanıblar”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh