Bakıda baş verən qəzada “Galenvagen” niyə bu hala düşdü? - FOTOLAR

Yazarlar 5 Aprel 2017 00:53 Oxunub 29266
Bakıda baş verən qəzada “Galenvagen” niyə bu hala düşdü? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zahirən elə görünə bilər ki, bahalı və heyvərə alman “cip”i zay olduğundan bu günə düşüb

Xəbər verildiyi kimi, Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. Qəza 10-TR-031 dövlət nömrə nişanlı "Jeep" markalı avtomobillə 10-RE-999 nömrəli "Mercedes Gelenvagen"in toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, maşınlara ciddi ziyan dəyib. Yol kənarındakı işıqfor aşaraq yola düşüb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov həmin hadisəyə maraqlı şərh verib. Avtosfer.az ekspertin fikirlərini olduğu kimi təqdim edir:

“Bakıda yenicə olmuş bir qəza maraqlı diskussiya yaradıb. İki “cip” toqquşub: alaman və amerikan “cip”ləri. Yenilərinin qiymətini müqayisə etsək, alman “cip”i ən azı 2 dəfə bahadır, həm də daha boyükdür. Amma ciddi ziyan dəyən, əslində yarasız hala düşən elə alman “cip”idir. Amerikan “cip”ində isə təhlükəsizlik yastığı açılsa da, zədə çox ciddi deyil. Zahirən elə gələ bilər ki, bahalı və heyvərə alman “cip”i zay olduğundan bu günə düşüb. Amma belə deyil. Avtomobillərin aldığı zədə hadisənin dinamıkasından asılıdır, model ən vacib amil deyil. 

Konkret bu hadisədə alman “cip”inin daha ciddi zədə alması tam qanunidir. Səbəbi is bunlardır. 

1. Alman “cip”i üçün zərbə frontal olub, avtomobilin ən tez defornasiyaya uğrayan yeri isə qabağıdır. Onu xüsusi olaraq belə edirlər ki, piyadanı vuranda, yaxud ən çox ehtimal edilən frontal toqquşmalarda kinetik enerji heç olmasa bir az udulsun zərbə həmişə öldürcü olmasın. 

2. Alman “cip”i svetoforun dayağını da "qucaqlayıb", qabağı da elə ona görə bu vəziyyətə düşüb.

3. Alman “cip”inin qabaq sol təkərinin diski ona görə çiliklənib ki, həmin təkər bordürə dəyib. Bakı bordürləri çox hündür olduğundan belə nəticə də qaçılmazır.

Amma amerikan “cip”i ilə toqquşmadan alman “cip”inə dəyən zədə bu şəkildə demək olar ki, görsənmir, çünki sağda qalıb. Yalnız buferin sağ tərəfinin olmamsı görünür.

Bu mənzərə svetoforlarımızın da standarta uyğun olmasına dəlalət edir. Standarta görə yola yaxın texniki vasitələr çox sərt olmamalıdır ki, hər zərbədə nəticəni ağırlaşdırmasın. Ona görə də svetofor alman “cip”inin altında qalıb. Onun dayagı möhkəm poladdan olsaydı, “cip” svetofora dəyəndə sürücü alın şüşədən çölə çıxa bilərdi (kəməri bağlamamış olsaydı), maşının isə motoru da yerini dəyişərdi.

Belə hadisələr avtomobilə qiymət vermək üçün yaramır...”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh