İşıqforun işləməməsi sürücülər arasında çaşqınlıq yaradır - VİDEO

Avtoxəbər 5 Aprel 2017 23:34 Oxunub 1441
İşıqforun işləməməsi sürücülər arasında çaşqınlıq yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi sürücülər qaydaları bilmədiyi üçün svetofor işləməyəndə qəzaya düşürlər

Bakıda işıqforun işləməməsi sürücülər arasında çaşqınlıq yaradıb və qəza baş verib. Paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsindəki, üç işıqforun işləməməsi gecə sürücülərin işini çətinləşdirib. Onlar bildirib ki, işıqforun işləməməsi ucbatından bir neçə dəfə qəza şəraiti də yaranıb. Yaxınlıqdakı marketdə işləyən satıcıların sözlərinə görə, ötən gecə (aprelin 4-də) "Mercedes" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

"Report" əməkdaşlarının apardığı videoçəkiliş zamanı da Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobillər işıqforun işləməməsini görüb hərəkətini davam etdirirdi. S.Vurğun küçəsi ilə kəsişmədə olan işıqfor işləyir. Həmin işıqforun yaşıl işığından keçən sürücü S.Vurğun küçəsində işləməyən işıqfordan keçən sürücünü gözləmədiyi anda qəza qaçılmaz olur.

Avtosfer.az bildirir ki, qanunvericilikdə bu kimi məsələlərin izahı verilib. Belə ki, svetofor işləmədikdə sürücülər yolayrıcında quraşdırılan nişanları əsas tutaraq hərəkət etməlidir. Nişanlar olmadıqda isə nizamlanmayan yolayrıcını keçmə qaydasını əsas tutartaq sağdan gələnlərə yol verməlidir. Göründüyü kimi, həmin yolayrıcında yol nişanları da var. Yəni, svetofor işləmədikdə Səməd Vurğun küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağdan – "5 mərtəbə" dairəsindən gələnlərə yol verməlidir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh