Qatar maşını vurandan sonra 250 metr sürüyüb – RƏSMİ AÇIQLAMA

Qaydalar 5 Aprel 2017 13:49 Oxunub 1763
Qatar maşını vurandan sonra 250 metr sürüyüb – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə sürücünün kobud qayda pozaraq qatarın yoluna çıxması nəticəsində baş verib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bu gün baş vermiş qəza ilə bağlı məlumat yayıb. O, Avtosfer.az-a bildirib ki,  aprelin 5-də saat 03.00 radələrində dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan keçiddə yük qatarı Sabirabad rayon sakini Əflatun Dəmirqulu oğlu Məmmədovun idarə etdiyi "QAZ-31-10" markalı 54-BJ-709 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Sabirabad rayonu Hacıbəbirli kənd sakinləri 1967-ci il təvəllüdlü Əflatun Dəmirqulu oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Asəf Əkbər oğlu Məmmədov hadisə yerində dünysını dəyişib, xəsarət alan Sabirabad rayonu  Nizami kənd sakini Zakir Ağasəf oğlu Baxşəliyev  xəstəxanaya yerləşdirilib. Hadısədən sonra yük qatarı avtoqoşqusuna ilişən avtomaşınla 250 metr aralıda dayanıb. 

Qeyd edək ki, həmin sahədə qatarların hərəkət sürəti saatda 80 km-dir. Hadisəyə səbəb sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsinin 1, 2, 3 -cü bəndlərinin tələbləri kobud surətdə pozulduğuna görə nəqliyyat vasitəsinin qatarın yoluna çıxması nəticəsində baş verib. Hadisə nəticəsində 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh