Silahlı şəxs "gəlin maşını"nın qarşısın kəsdi: bəyi diz çökdürdü – FOTO+VİDEO

Avtosfer TV 5 Aprel 2017 13:54 Oxunub 11609
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə 1 aprel günü Seyhan mahalındakı Yeşiloba məhəlləsində meydana gəlib

Adanada yolu bağlayıb "gəlin maşını"nı dayandıran və bəyi avtomobildən endirərək diz çökdürüb havaya atəş açan şəxs tutulub. Dindirilmə sonrası təqsirkar sərbəst buraxılıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, nəzarətə alınan şəxs qonşusuna "1 aprel" zarafatı etdiyini söyləyib. Hadisə 1 aprel günü Seyhan mahalındakı Yeşiloba məhəlləsində meydana gəlib. İddiaya görə, Ufuk Alasırt keçdiyimiz günlərdə sevdiyi qızı qaçırıb. Bir müddət sonrada qızın ailəsiylə barışaraq evlənməyə qərar verib. 1 aprel günü toy edən kürəkən gəlin maşınında məhəlləyə girib. Bu an bəylə zarafat etmək istəyən qonşusu Əhməd D. yolu bağlayıb. Gəlin maşınının durmayacağını görən Əhməd D. əl işarəsi edərək dayanmasını istəyib. Əhməd D. bir müddət bəyin avtomobildən enib gəlməsini gözləyib, ancaq bəy gəlməyincə, maşının qapısını açıb onu avtomobildən düşürərək diz çökdürüb. Əhməd D. daha sonra yol kənarındakı pnevmatik tüfəngi götürərək bəyin yanına gəlib havaya dəfələrlə atəş açıb. Ətrafdakılar bu olaydan böyük qorxu keçiriblər. Bəyin verdiyi pulu qəbul etməyən şəxs yolu açaraq onları sərbəst buraxıb. Bu anları isə bir vətəndaş mobil telefonuyla anbaan çəkib.

http://img.milli.az/2017/04/05/532222_02.jpg

http://img.milli.az/2017/04/05/532222_01.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh