Almaz boya ilə örtülmüş "Rolls-Royce" - FOTO+VİDEO

Avtoxəbər 5 Aprel 2017 20:30 Oxunub 1930
Almaz boya ilə örtülmüş  "Rolls-Royce" - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəri ilə örtülmüş sükanın üç rəng seçimi var

"Rolls-Royce" şirkəti Cenevrə Avtosərgisində “Dawn Inspired by Fashion” adlı 2017 yaz-yay avtomobil kolleksiyasını təqdim edib. Avtosfer.az xəbər verir ki, bu kolleksiyanın modelləri almaz boya ilə örtülmüşdür. Bu modellərin əsas xüsusiyyəti – klassik formaların və rəngarəng detalların vəhdəti, kontrast dam və qapıların ipək örtüyüdür. Dəri ilə örtülmüş sükanın üç rəng seçimi var: qırmızı - Mugello Red, göy - Cobalto Blue və narıncı - Mandarin. "Rolls-Royce"-u “BESPOKE” personalizasiya proqramı vasitəsilə sevimli rəssamın rəsm ruhunda “boyamaq” imkanı var. Belə ki, bu proqram avtomobilin unikal - avtomobil sahibinin şəxsiyyətini tam əks etdirən dizaynının yaradılması üçün imkan yaradır. Məsələn, Rolls-Royce Ghost Elegance – almaz boya ilə boyanmış ilk avtomobildir. Bu boyanın rəngi mindən çox toza çevrilmiş almazdan əldə olunmuşdur. Rəssam Mark Kurt avtomobilin qanadlarında dekorativ qırmızı - Mugello Red və qara rəngli xətlər işləmişdir. Almaz hissəciklər isə şəffaf boya ilə əlaqələndirilərək bir-biri ilə birləşdirilmişdir.

http://pictures.topspeed.com/IMG/crop/201610/rolls-royce-dawn-ins-3_800x0w.jpg

http://pictures.topspeed.com/IMG/crop/201610/rolls-royce-dawn-ins_800x0w.jpg

http://pictures.topspeed.com/IMG/crop/201610/rolls-royce-dawn-ins-7_800x0w.jpg

http://pictures.topspeed.com/IMG/crop/201610/rolls-royce-dawn-ins-5_800x0w.jpg

http://pictures.topspeed.com/IMG/crop/201610/rolls-royce-dawn-ins-9_800x0w.jpg

http://pictures.topspeed.com/IMG/crop/201610/rolls-royce-dawn-ins-6_800x0w.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh