Qadınlar təyyarədə saçyolmaya çıxdılar – VİDEO

Avtosfer TV 5 Aprel 2017 19:00 Oxunub 1860
Qadınlar təyyarədə saçyolmaya çıxdılar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
5 qadın sərnişin bir-birini təhqir edərək əlbəyaxa olublar

Baltimor-Los Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlər arasında dava düşüb. Avtosfer.az xəbər verir ki, iki qadın sərnişinin yüksək səslə musiqi dinləməsi kənardakı sərnişinləri narahat edib. Narahatlıqlarını bildirən sərnişinlərlə musiqi dinləyənlər arasında mübahisə yaranıb. Mübahisə edən qadınlar sonradan saçyolmaya çıxıblar. 5 qadın sərnişin bir-birini təhqir edərək əlbəyaxa olublar. Qadınların davasına digər sərnişinlər müdaxilə etməyib. Təyyarə hadisə səbəbilə təcili eniş edib. Polis əməkdaşları tərəfindən ifadələri alınan 5 qadın sərbəst buraxılıb. Bəziləri həmin hadisəni anbaan lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Həmin görüntüləri təqdim edirik:

 

 

(publika.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh