Avtomobillərə nəzarət üçün yeni sistem yarandı: Hər şeyi telefonla idarə edəcəksiniz - VİDEO

Avtoxəbər 6 Aprel 2017 00:55 Oxunub 7944
Avtomobillərə nəzarət üçün yeni sistem yarandı: Hər şeyi telefonla idarə edəcəksiniz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Telefonun ekranına toxunmaqla avtomobili işə salır, qapıları, hətta yük yerini açır

Avtomobili internet vasitəsi ilə istənilən məsafədən işə salan, qapılarını açıb- bağlayan, hətta cızılanda belə sahibinə məlumat ötürə bilən sistem mövcuddur. Bakıda avtomobillərə quraşdırılan bu yeni qurğu və idarəetmə proqramının qiyməti isə 700-1600 manat arasında dəyişir. Telefonun ekranına toxunmaqla avtomobili işə salır, qapıları, hətta yük yerini açır.

Avtomobilin təhlükəsizlik və xəbəredici sistemi adlandırılan bu cihaz maşını internet vasitəsi ilə istənilən məsafədən işə salmaq və nəzarət etməyə imkan verir. Hətta bu proqram avtomobilə edilən müdaxilələr barədə də sahibinə məlumat verir. Avtomobilə quraşıdırlan qurğu və onun idarə edilməsi üçün nəzərdə tutulan proqram vasitəsi ilə avtomobili 24 saat təqib etmək, dövrü dəyişilməli olan detalların işləmə müddətini öyrənmək olar. Bu sistemin qiyməti isə avtomobil marka və modelinə görə dəyişir.

Sistemin işləməsi üçün internet lazımdır. Bu sistemi istənilən maşına qoşmaq olur və sürücüyə qurğunun avtomobilin digər detallarına zərər vurmayacaqı ilə bağlı zəmanət verilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh