Rayon maşınlarının Bakıya girişinə məhdudiyyətlər qoyulacaq - DYP - VİDEO

Yol polisi 6 Aprel 2017 00:59 Oxunub 2407
Rayon maşınlarının Bakıya girişinə məhdudiyyətlər qoyulacaq - DYP - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhdudiyyət saat səhər saat 7:30-dan axşam 21:00-qədər qüvvədə olacaq

''IV İslam Həmrəyliyi Oyunlar''ı dövründə rayon avtomobillərinin Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq. Avtosfer.az xəbər verir ki, bu məhdudiyyətlər may ayının 1-dən 25-dək davam edəcək. Rayondan gələn nəqliyyat vasitələri paytaxtın şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində, cənubdan isə Lökbatan dairəsi yaxınlığında yaradılmış dayanacaqda saxlanılacaq. Amma bu o anlama gəlmir ki, rayondan gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslər avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlayaraq ictimai nəqliyyatla şəhərin istənilən yerinə gedə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məhdudiyyət Nazirlər Kobinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komisiyasının qərarı ilə saat 7:30-dan 21:00-qədər qüvvədə olacaq.

Oyunlar ərəfəsində gecə paytaxta girib gündüz şəhərdə hərəkətdə olan rayon qeydiyyatlı avtomobillər xidmətdə olan polis əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq müvəqqəti duracağa qoyulacaq. Heç bir cərimə yazılmadan axşam vaxtı həmin nəqliyyat vasitəsi şəhərdən çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh