Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq

Gündəm 6 Aprel 2017 11:17 Oxunub 1058
Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda cizgi və yolgöstərici xətləri yenidən rənglənəcək

Bu gün Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq. "Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh