Görəsən, onun nə problemi var, niyə belə sürür? - VİDEO

Xəbərlər 28 Oktyabr 2014 07:54 Oxunub 5276
Görəsən, onun nə problemi var, niyə belə sürür? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yan güzgülərdən xəbəri olmayan sürücü qəza şəraiti yaradıb

Avtosfer.az-ın daimi oxucularından biriri «Prado» markalı, 10 VR 012 dövlət nömrə nişanlı avtomobilin 10-cu zavod dairəsi kimi tanınan ərazidə -  Heydər Əliyev prospektinə gedən yolda qəza şəraiti yaratmasını əks etdirən video göndərib. Videodan aydın görünür ki, sürücü öz yolu ilə hərəkət etdiyi bir vaxtda «Prado» qəflətən onun yoluna çıxır. Sürücü maşını dərhal sola çəkir və tormozun köməyi ilə qəzadan yayınır. Sonra isə məlum olur ki, «Prado»nun sürücüsünün, ümumiyyətlə, sola getmək fikri yox imiş. O, düzünə hərəkət edirmiş. O zaman sual yaranır, niyə öz yolunla getmirsən? Sağa gedəcəksən, solda nə işin var? O boyda maşına əl boyda yan güzgülər qoyulub. O güzgülər lazım deyilsə, çıxarıb atmaq olar…

 

Ramil

ŞƏRH YAZ
Ad

E-mail

Şərh