Təcili tibbi yardım maşını radara düşdü – FOTO

Yazarlar 6 Aprel 2017 11:49 Oxunub 1357
Təcili tibbi yardım maşını radara düşdü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Üzərində polis, yanğınsöndürən və təcili tibbi yardım nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər"

Ağdaş Mərkəzi Xəstəxanasından ağır infark diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını 310 manat cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə azxeber.com-a adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınının sürücüsü məlumat verib. Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri apardıqları zaman radara düşüblər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir. Müraciətdən göründüyü kimi, DYP-nin təcili tibbi yardım maşınlarını bilərəkdən radara salmasının səbəbi bilinmir. Azərbaycanda “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinin 1-ci bəndində deyilir: “Üzərində polis, yanğınsöndürən və təcili tibbi yardım nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. Eyni qanun sürücülərin təcili tibbi yardım maşınlarına istənilən halda yol vermələrini tələb edir. Əks təqdirdə, bu tələbi pozanları 20 manatdan 40 manatadək cərimə gözləyir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh