Bakıda «06» və «07»nin aşma VİDEOsu

Avtoxəbər 28 Oktyabr 2014 02:12 Oxunub 3809
Bakıda «06» və «07»nin aşma VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınlardan biri qum topasına dəyəndən sonra, digəri isə dairəvi hərəkət hamanı aşıb

Azərbaycanda ən çox qəzaya uğrayan və ya qəza törədən, eləcə də dərəcəsi ağır olan qəzaların baş verdiyi avtomobillər arasında «VAZ»lar ilk sıralardadır. Avtosfer.az-ın DİN-in "Təhlükəsiz şəhər" kameralarına istinadən təqdim etdiyi videodan da aydın olur ki, ağ rəngli «VAZ-2107» markalı avtomobil yüksək sürətlə hərəkət edir və yolun hərəkət hissəsinə tökülmüş qum topasına toxunaraq aşır. Burada həm sürət, həm də yol təsərrüfatı işçilərinin məsuliyyətsizliyini qeyd etmək yerinə düşər.

Digər qəza isə dairəvi hərəkət təşkil olunmuş ərazidə baş verib. Başqa avtomobillə toqquşan «VAZ-2106» markalı avtomobil dərhal çevrilərək arxası üstə aşıb. Hadisə yerinə gələn vətəndaşların köməyi ilə aşmış maşın normal vəziyyətə qaytarılıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh