Sola dönən sürücü yol hərəkəti qaydalarını pozurmu? - DOĞRU CAVAB

Yarışma 6 Aprel 2017 13:40 Oxunub 4852
Sola dönən sürücü yol hərəkəti qaydalarını pozurmu? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə eyni istiqamətli hərəkət olan tramvay yoluna çıxmaqla sola dönən sürücü yol hərəkəti qaydalarını pozurmu?

a)  Arxadan gələn tramvaya mane olursa, pozur;

b) Pozmur;

c) Arxadan gələn tramvayın olub-olmamasından asılı olmayaraq, pozur.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin VI hissəsinə əsasən,  solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Lakin bu şəkildə 5.8.2 nişanı var və həmin nişan sol zolaqdan sola dönməyi göstərir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu vəziyyətdə eyni istiqamətli hərəkət olan tramvay yoluna çıxmaqla sola dönən sürücü arxadan gələn tramvayın olub-olmamasından asılı olmayaraq, yol hərəkəti qaydalarını pozur.

Suala ilk doğru cavabı Füzuli adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh