Bəzi küçələrdə tıxacı piyadalar yaradır – Yeni qaydalar olmalıdır

Yazarlar 6 Aprel 2017 23:52 Oxunub 2745
Bəzi küçələrdə tıxacı piyadalar yaradır – Yeni qaydalar olmalıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların pərakəndə şəkildə hərəkəti sürücüləri narahat edir

Artıq Azərbaycanda da piyadalarla bağlı müəyyən addımlar atmaq lazımdır və bu, günün tələbidir. Bəzi küçələrdə keçidlərin yanında nəqliyyat vasitələrinin sıxlığının yaranmasına elə piyadalar səbəb olur. Məsələn, sürücü maşını saxlayıb piyadaya yol verir. İstəyir hərəkətə başlasın, bir də görür ki, o yandan da bir piyada keçidə daxil oldu. Qanun tələb edir ki, sürücü keçidə daxil olan piyadaya yol verməlidir. O da buna görə oturub gözləyir ki, piyada keçib getsin. O anda yaxınlaşan başqa piyadalar da keçidə daxil olub sıxlıq yaradırlar. Məsələn, İstiqlaliyyət küçəsindən - İran səfirliyinə tərəf dönəndə, İnşaatçılar prospektində - Gömrük Komitəsindən "Olimp"ə gedən yolda eyni vəziyyət hökm sürür. "Statistika dairəsi"ndən üzü "Hyatt Recensi"yə tərəf gedərkən qoyulan piya keçidindən də belə problem yaranır ki, nəticədə həmin dairədə sıxlığa səbəb olur.

Dünya təcrübəsində artıq yeni qaydalar tətbiq olunur. Məsələn, Polşada, Avstriyada bu cür yanaşmalar var. Belə yerlərdə xüsusi nişanlar quraşdırılır və piyadalar gözləyib top halda - 5-5, 10-10 yolu keçirlər. Bu qayda nizamlanmayan piyada keçidlərinə aiddir və bu addımın atılması sürücü və piyadalar arasında qarşılıqlı münasibətləri tənzimləyir.

Belə qaydaları mütləq Bakıdakı bəzi keçidlərdə tətbiq etmək lazımdır. Düzdür, artıq qeyri-rəsmi də olsa tətbiq olunur. Belə ki, yol polisi əməkdaşları həmin keçidlərin yanında xidmət aparan zaman piyadaları saxlayıb gözlətdirirlər. Bir neçə nəfər yığılandan sonra isə yolu keçməyə icazə verilir. Bu zaman nəqliyyat axını normal olur. Amma polis olmayanda həmin keçidlərin yanında dəhşətli mənzərə yaranır.

Qanunlar daim yenilənir və günün tələbinə uyğun hala salınır. Düşünürəm ki, tıxacın səbəbini araşdırıb əks tədbir görərkən bu amilə də diqqət yetirmək lazımdır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh