Avtoservislərdə müştərilər aldadılır - Ehtiyat hissələri baha satılır - VİDEO

Yazarlar 7 Aprel 2017 00:24 Oxunub 1875
Avtoservislərdə müştərilər aldadılır - Ehtiyat hissələri baha satılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəsmi servislərlə dıgər satış məntəqələri arasındakı qiymət fərqi çoxdur

Bakıda müxtəlif avtomobil markalarına məxsus rəsmi avtoservislər ehtiyyat hissələrini adi dükanlara nisbətən baha satırlar. Avtosfer.az xəbər verir ki, bunu avtomobil ehtiyyat hissələri satışı ilə məşqul olan şəxslər də təsdiqləyir. Halbuki, hər iki yerdə eyni istehsalçıya məxsus məhsullar satılır. Qiymət fərqi, xüsusilə az satılan mallarda daha çox hiss olunur. Araşdırmamız göstərir ki, rəsmi servislərlə dıgər satış məntəqələri arasındakı qiymət fərqi avtomobilin yağ filtrlərində 3, hava filterində 5, əyləc lövhələri və yastıqlarında 10, asqı sistemində 15, gövdə hissələrində isə 20 faiz olur. Bu qiymət fərqləri avtomobilin marka və modelindən aslı olaraq arta və yaxud azalada bilir.

Qeyd edək ki, bəzi servislər zəmanətlə olan avtomobillərin xarab olmuş detallarını yalnız onlardan alınan məhsullarla dəyişilməsini tələb kimi qoyur və digər dükanlardan, hətta orginal mal alındıqda belə avtomobili zəmanətdən çıxarırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh