Mafiyanın "Ferrari"si patrul maşını oldu - FOTO

Yol polisi 7 Aprel 2017 01:03 Oxunub 5677
Mafiyanın "Ferrari"si patrul maşını oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ferrari- 458 Spider” cinayətkarlardan alınaraq polisə təhvil verilən 29-cu avtomobildir

Milan polisi mafiyadan müsadirə olunmuş “Ferrari- 458 Spider” idman avtomobilini xidməti maşın kimi istifadə edəcək. Sportkar 2015-ci ilin sentyabrında İtaliyada mafiya ilə mübarizə üçün aparılan xüsusi əməliyyatlardan birində müsadirə edilib. Milan polisinin rəsmi saytı əməliyyatdan sonra avtomobilin idarənin balansına köçürülərək patrul maşını kimi istifadə edilməsi ilə bağlı məlumat yayıb. “Carrozzeria Marazzi di Caronno Pertusella” firması rodsterə polis avtomobili olduğunu bildirən yazı və sarışan işıq (“miqalka”) əlavəsi quraşdırmağı öz üzərinə götürüb. Milanın büdcəsindən avtomobil üçün çəkilən tək xərc 53,76 avrodur ki, bu da avtomobilin qeydiyyatı və nömrələrin verilməsi üçün istifadə olunub.

Müsadirə edilmiş “Ferrari- 458 Spider” cinayətkarlardan alınaraq polisə təhvil verilən 29-cu avtomobildir.

Mafiyanın "Ferrari"si patrul maşını oldu - FOTO

 

virtualaz.org

ŞƏRH YAZ
Ad

E-mail

Şərh