Bakıda “protiv” gedən sürücüləri siz də tanıyın – YENİ VİDEOLAR

Yazarlar 8 Aprel 2017 21:42 Oxunub 12467
Bakıda “protiv” gedən sürücüləri siz də tanıyın – YENİ VİDEOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin sürücülərin yol hərəkəti qaydaları ilə bağlı ciddi problemləri var

Bakıda bir neçə sürücü kobud qayda pozan zaman Avtosfer.az-ın kamerasına düşüb. Sürücülərdən biri qoşa xətti tapdalayaraq yolun əks tərəfində avtomobilini dayandırır. “Hyundai” markalı, 90 XS 288 nömrəli avtomobilin sürücüsü isə Koroğlu Rəhimov küçəsində əks istiqamətə çıxaraq hərəkət edir və qarşısına avtomobil çıxan zaman sanki yuxudan ayılmış kimi qəfildən öz zolağına qayıdır. Bu videolardan aydın olur ki, həmin sürücülərin yol hərəkəti qaydaları ilə bağlı ciddi problemləri var.

Fevralın 7-də Bakının Xətai prospektində 10-TK-261 qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü  əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkət edir və sonra öz zolağına qayıdır. Bir neçə saniyə dayandıqdan sonra dözə bilməyən sürücü yenidən əks istiqamətə çıxaraq svetoforun qırmızı işığında hərəkət edir.

Fətəli Xan Xoyski küçəsində isə 90-VP-500 qeydiyyat nişanlı "Nissan Patrol” markalı avtomobilinin və 90-SX-560 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüləri də əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobilə qəza şəraiti yaradıblar.

Həmin görüntüləri təqdim edirik:

 

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh