Amfibiya-avtomobil yaradıldı - VİDEO

Avtoxəbər 7 Aprel 2017 20:00 Oxunub 1342
Amfibiya-avtomobil yaradıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürəti su üzərində saatda 40 kilometrə qədər artırmağı düşünürlər

Çin vətəndaşı Jionq Jian şəxsi qarajında amfibiya-avtomobil yığıb. Həmin nəqliyyat vasitəsinin köməyi ilə o, daşqınlardan xilas olmağa hazırlaşır. Bu haqda Ruptly TV xəbər verib. Avtosfer.az avtoreyd.az-a istinadən xəbər verir ki, amfibiya-avtomobilin ixtiraçısı Çinin mərkəzi hissəsində, yağış mövsümü zamanı tez-tez sahillərindən çıxan çayın yaxınlığında  yaşayır. Lakin o da qeyd olunur ki, çinli avtomobillə, həmçinin peşəkar maraq baxımından məşğul olub. 20 il  mexanik kimi çalışan Jian bu illər ərzində avtomobil-qayıq yığmağa dəfələrlə cəhdlər edib. O deyib ki, əvvəlki sınaqlar zamanı avtomobilin mühərriki tez-tez suyla dolduğundan, onu amfibiya-avtomobilin arxa hissəsinə yerləşdirmək qərarına gəlib. Mühərrik faktiki olaraq, arxa oturacaqların yerinə yerləşdirilməklə bərabər, yük yerinin bir hissəsini də tutur. Amfibiya-avtomobili yaratmaq üçün o, minivenin sökülmüş hissələrindən istifadə edib. Jionq Jianın sözlərinə görə, onun "kateri" dörd nəfər sərnişin daşıya bilər və su üzərində saatda sürəti  32 kilometr artırmağa qadirdir. Bununla belə, amfibiya-avtomobil tamamilə idarə olunur və arxaya doğru da hərəkət  edə bilir. Çinli gələcək planlarında "katerinin" sürətini su üzərində maksimal səviyyəyə yəni saatda 40 kilometrə qədər artırmağı düşünür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh