Yerə bənzəyən planet tapıldı - FOTO  

Maraqlı 7 Aprel 2017 19:15 Oxunub 1319
Yerə bənzəyən planet tapıldı - FOTO   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni ekzoplanetin səthindəki temperaturun +370 dərəcə olduğu güman edilir

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri və Avropa Kosmik Agentliyinin (ESA) əməkdaşlarından ibarət qrup Yerə çox bənzəyən Gliese 1132b adlı ekzoplanet aşkarlayıblar. Avtosfer.az milli.az-a istinadən bildirir ki, yeni ekzoplanetin atmosferinin tərkibi dəqiq bəlli olmasa da, alimlər planetdə su buxarının və metanın olduğunu güman edirlər. Gliese 1132b planeti Vela ulduz topasında, Yerdən 39 işıq ili məsafəsindədir. Ekzoplanetin diametri Yerdən 20 faiz, kütləsi isə 1,6 dəfə artıqdır. Yeni ekzoplanetin səthindəki temperaturun +370 dərəcə olduğu güman edilir. "Bu, başqa planetdə yaşamın aşkarlanması olmasa da, həmin istiqamətdə ciddi addımdır. Gliese 1132b ətrafında atmosferin olması Yerə bənzəyən planetlərdə ilk dəfə ümumiyyətlə, atmosferin tapılmasıdır", - Britaniyadakı Kil Universitetinin professoru Con Sautvort deyib.

http://img.milli.az/2017/04/07/532872_01.jpg

http://img.milli.az/2017/04/07/532872_02.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh