Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

Yol polisi 8 Aprel 2017 11:38 Oxunub 1239
Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da Göyçayda vətəndaşları qəbul edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində keçiriləcək qəbul saat 10:00-da başlayacaq. Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh