Alfa Sentavra yaxınlığındakı ekzoplanetdə həyat əlamətləri tapıldı

Maraqlı 8 Aprel 2017 12:05 Oxunub 1330
Alfa Sentavra yaxınlığındakı ekzoplanetdə həyat əlamətləri tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir ulduzun çəkisi Yupiterin çəkisindən 30-50 dəfə çoxdur və onlar bir-birinin ətrafında 20 ilə dövr edirlər

Astronomlar Alfa Sentavra yaxınlığındakı ekzoplanetdə həyat nişanələri tapıblar. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, sözügedən ekzoplanet Yerdən 6.6 işıq ili məsafəsində yerləşir. Ekzoplanet isə günəşdənkənar planet deməkdir. Əgər bu iddia kosmik teleskop və zondların köməyi ilə təsdiqlənsə, ekzoplanet Günəş sisteminə canlı həyat nişanəsi olan ən yaxın planet olacaq. 2016-cı ildə tədqiqatçılar infraqırmızı teleskopun köməyi ilə iki yetişməmiş ulduz, yəni qəhvəyi "cırtdan" müşahidə ediblər. Bu "cırtdanlar" Bernard ulduzundan aralı, Alfa Sentavraya yaxınlıqda yerləşir. Qəhvəyi cırtdanlı və ekzoplanetli sistemi "Luhman 16 AB"adlandırıblar. Hər bir ulduzun çəkisi Yupiterin çəkisindən 30-50 dəfə çoxdur və onlar bir-birinin ətrafında 20 ilə dövr edirlər. Bu ulduzların arasında isə ekzoplanet yerləşir. Alimlər güman edirlər ki, bu planetdə həyat var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh