Translar əsgərlik növbəsinə düzüldü - FOTO

Maraqlı 8 Aprel 2017 15:16 Oxunub 5307
Translar əsgərlik növbəsinə düzüldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər püşk zamanı çəkilən kartın rəngi qırmızıdırsa, əsgər getmirlər…

Taylandda cinsi azlıqlar əsgərliyə yollanmaqdan azad olmaq üçün uzun və bezdirici əziyyətə qatlanmalı olurlar. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, "Beynəlxalq trans gözəllik kraliçası" Patra Virunthanakij də əsgərlik şöbəsində növbədə gözləyənlər arasında görüntülənib. Taylandda translar, əslində, əsgərlik xidmətindən azaddırlar, amma şəxsiyyətlərini dəyişdirmələrinə icazə verilmədiyinə görə hərbi xidmətdən "azad" sənədini almaq üçün uzun və çətin bir bürokratik müddətə daxil olmaq məcburiyyətində qalırlar. Taylandda əsgərlik püşk ilə müəyyən edilir. Çəkdikləri rəngə görə ya əsgər gedirlər, ya da getmirlər. Əgər püşk zamanı çəkilən kartın rəngi qırmızıdırsa, əsgər getmirlər, amma əgər kartları qaradırsa, əsgərlik öhdəliyi daşıyırlar və bunu yerinə yetirmək məcburiyyətindədirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh