Avtomobilinizin yağını dəyişməzdən əvvəl mütləq oxuyun - FOTO-VİDEO

Avtoxəbər 8 Aprel 2017 15:26 Oxunub 5984
Avtomobilinizin yağını dəyişməzdən əvvəl mütləq oxuyun - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avropalıların istifadə etdiyi yağ artıq azərbaycanda - "MONZA"

Almaniyanın tanınmış maşın yağları brendi olan “MONZA” yağları Azərbaycanda da alıcıların rəğbətini qazanmaqda davam edir. Avtosfer.az xəbər verir ki, Premium sinfli “MONZA” yağları dünya bazarlarında olduğu kimi, öz keyfiyyəti ilə Azərbaycanda da özünə rəqib tanımır. Bu yağların ölkəmizdə rəsmi distirbyutoru olan “Gomas” Avto Mağazalar Şəbəkəsi 10-cu il dönümündə “MONZA” yağlarının keyfiyyət göstəriciləri ilə azərbaycanlı sahibkarları yaxından tanış etmək üçün, şirkətin Almaniyadakı tanınmış şəxsləri ilə Bakıda yerli iş adamlarının görüşünü keçirib.

“MONZA” yağlarının keyfiyyət göstəricilərinin haqqında geniş məlumat verən şirkətin Almaniya üzrə satış müdiri Volfkanq Brode bu yağların avtomobilin daha uzunömrlü qalması üçün ən vazkeçilməz seçim olduğuna diqqət çəkib və “GOMAS Avto” ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirib.

Şirkətin dünya ölkələri üzrə satış müdiri Aleksandr Karpov isə, “GOMAS Avto” şirkətinin maşın sahibləri üçün “MONZA” yağlarını seçməsinin heç də təsadüfi olmadığını vurğulayıb.

“GOMAS Avto” mağazalar şəbəkəsinin direktoru Qoşqar Əsədzadə isə, “MONZA” yağları ilə hər zaman avtomobil sahiblərinə dəstək olmağa hazır olduqlarını bildirib:

“Artıq il yarımdır ki, Almaniyanın, Avropanın daxili bazarında məşhur olan “MONZA” yağlarının Azərbaycanda satışı ilə məşğuluq. Avropada məşhur olan, Avropa ölkələrində sertifikat ala bilmiş belə bir məhsulun Azərbaycanda satışı ilə məşğul olduğumuz üçün çox qürur duyuruq.”

Bu yağların orijinalığını yoxlamaq isə, çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa MONZA yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh