İşıqforu gözləməyən sürücü qəza törətdi - Sərnişin yaralandı - VİDEO

Avtosfer TV 8 Aprel 2017 15:32 Oxunub 2046
İşıqforu gözləməyən sürücü qəza törətdi - Sərnişin yaralandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər cərimə meydançasına aparılıb

Paytaxtın Nəsimi rayonunda, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində qəza qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan Əlövsət Təhməzovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıqforun qırmızı işığında hərəkəti davam etdirib və nəticədə Rafiq Rzayevə məxsus “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin təsirində “Daewoo” əks yola çıxıb, “Hyundai” isə yoldakı maneəyə dəyərək dayanıb. Sürücülər xəsarət almasa da, taksidə olan qadın sərnişin yaralanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Polis hadisə yerinə baxış keçirib, avtomobillər cərimə meydançasına aparılıb.

Fakt araşdırılır.

 

ARB TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh