Tarixin ən böyük parkinq cəzası - 24.500 funt sterlinq

Maraqlı 8 Aprel 2017 20:45 Oxunub 1948
Tarixin ən böyük parkinq cəzası - 24.500 funt sterlinq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Şotlandiyanın Dandi şəhərində baş verib

Şotlandiyada bir sürücü ödəmədiyi parkinq cərimələri üçün məhkəmə tərəfindən 24.500 funt sterlinq cəzaya məhkum edilib. Avtosfer.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 28 yaşlı Kerli Maki anasının yaşadığı binanın qarajının qarşısına maşınını park edib. O, bu hərəkətinə görə yazılan 18.500 funt sterlinq cəriməni ödəməyi rədd edib. Bu səbəbdən Meki məhkəməyə verilib və hakimin qərarı ilə 24.500 funt sterlinq cərimə ödəməyə məhkum edilib. Hadisə Şotlandiyanın Dandi şəhərində baş verib. Kerli ərazidə avtodayanacaq işlədən özəl şirkətin ondan pul tələb etməyə haqqı olmadığını söyləyib və avtomobilinin şüşəsinə yapışdırılan cərimələri ödəməyib. Amma şirkət bu binada yaşamayan və borcu 18.500 olan Kerlidən məhkəməyə şikayət edib. Məhkəmə isə şirkətin qanuni bir sözləşmə ilə fəaliyyət göstərdiyini bildirib və Mekini cərimələyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh