Avtomobil ustası mini traktor düzəldib - VİDEO

Avtodünya 8 Aprel 2017 23:49 Oxunub 3047
Avtomobil ustası mini traktor düzəldib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özündən dəfələrlə böyük yük maşını çəkir, yer şumlayır, ot biçir

Goranboyda avtomobil ustasi mini traktor düzəldib. Mini traktorun kotanı ilə 15 sm.-ə qədər dərinlikdə yeri şumlamaq mümkündür. Müxtəlif avtomobillərin ehtiyat hissələrindən ərsəyə gələn texnika yanacağa da qənət edir. Avtosfer.az xəbər verir ki, mini traktor özündən dəfələrlə böyük yük maşını çəkir, yer şumlayır, ot biçir.

Uzun illərdir avtomobil təmirçisi olan usta kiçik görünüşlü, böyük gücə malik mini traktor düzəldib. Goranboy sakini Arif Qarayev ixtirasına 4 ay vaxt, 1700 manat xərc çəkib. Müxtəlif avtomobillərin ehtiyyat hissələrindən ərsəyə gələn qurğu yanacağa da qəanət edir. İlk əl işini satmaq fikiri olmadığını deyən Arif Qarayev yüksək məbləğ müqabilində fikirindən dönə biləcəyini deyir. Usta həm də sifariş olarsa daha maraqlı qurğular hazırlaya bilər.

Mini traktorun kotanı ilə 15 sm.-ə qədər dərinlikdə yeri şumlamaq mümkündür. Daha çox həyətyanı sahələrdə işləyə bilən qurğu sürətli hərəkəti ilə diqqət çəkir. İri texnikaların daxil ola bilmədikləri ərazilərdə rahat işləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh