Zibili belə daşımazlar, adam balası... - VİDEO

Xəbərlər 8 Aprel 2017 23:52 Oxunub 2009
Zibili belə daşımazlar, adam balası... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yük maşını zibilləri açıq şəkildə daşıyır: sürücünü cərimə gözləyir

Bakıda "xarici dairəvi yol”da hərəkət edən bir yük maşını sürücülərin diqqətini çəkib. Avtosfer.az xəbər verir ki, buna səbəb yük maşınına yüklənən zibilin açıq şəkildə, suyu axa-axa daşınmasıdır. Üstəlik, daşınan zibil də ətrafa səpələnir. Yük avtomobilinə açıq şəkildə yüklənən məişət tullantıları ətrafa səpələnir. Paytaxt sakininin çəkib göndərdiyi bu kadrlar "xarici dairəvi yol”da qeydə alınıb. Zibilin suyu axır, hətta külək səbəbindən avtomobilin kuzovundan düşən parçalar arxadan gələn avtomobillərə dəyir. Halbuki, qanunvericilik yüklərin bu formada daşınmasını qadağan edir. Kadrlarda isə bu qaydanın pozulduğu, dağılma ehtimalı olan yükün üstünün bağlanmadığı və zibilin yola səpələndiyi açıq-aydın görünür.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hətta zibil yola dağılmasa belə, bu sürücü yükün üstünü örtmədiyinə görə 40 manat cərimə olunmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh