Qanunu pozan avtobus sürücüsü: “Camaat maşına minib, xəbərim yoxdur” - VİDEO

Qaydalar 9 Aprel 2017 00:21 Oxunub 3267
Qanunu pozan avtobus sürücüsü: “Camaat maşına minib, xəbərim yoxdur” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olanlara qarşı reyd keçirilib

Sumqayıtda qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı növbəti reyd keçirilib. Reyd zamanı müvafiq kateqoriyası olmadan avtobus idarə edilməsi, nəqliyyat vasitələrində əlavə oturacaqların quraşdırılması və normadan artıq sərnişin götürülməsi kimi faktlar müəyyənləşdirilib.

Qaydaları pozan sürücülər barəsində inzibati protokollar tərtib olunub, nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Cavanşir İmanov (sürücü): “Maşın çatışmadığına görə camaat minib. Mənim heç xəbərim yoxdur. Mən də məcbur aparmalıyam. Düşürdə bilirsizsə, gedin düşürdün. Düşürtmək olmur. Dalaşmalıyam mən sərnişinlə?” (ARB TV)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh