Avtoqəza riskini 20 faiz azaldan texnologiya hazırlanıb

Avtoxəbər 9 Aprel 2017 11:00 Oxunub 1375
Avtoqəza riskini 20 faiz azaldan texnologiya hazırlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məlumatların düzgün inteqrasiyası informasiyanın tam təmininə imkan verəcək

"Cognitive Technologies" şirkətinin mütəxəssisləri sürücüsüz avtomobillərin qəzaya düşməsini 20 faiz azaldan texnologiya yaradıblar. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sürücüsüz avtomobillər yollardakı hazırkı vəziyyəti anlamaq üçün müfəssəl məlumata malik deyillər. Məlumatların düzgün inteqrasiyası informasiyanın tam təmininə imkan verəcək. Yeni sistemdə obyektədək olan məsafəni müəyyənləşdirə bilən müxtəlif sensorlardan daxil olan məlumatlar yer alacaq. Şirkət mütəxəssisləri yeni texnologiyanı Rusiya yollarında sınaqdan keçirərək min kilometr qət ediblər. Ekspertlərin fikrincə, texnologiyanın tətbiqi sürücüsüz avtomobillərin qəzaya düşmə ehtimalını xeyli azaldacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh