Gecə Bakıda avtoxuliqanlıq edən sürücüdən ölümünə sürüş - VİDEO

Avtoreyd 10 Aprel 2017 01:39 Oxunub 35093
Gecə Bakıda avtoxuliqanlıq edən sürücüdən ölümünə sürüş - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun etdiyi təhlükəli manevrlər maşındakı sərnişinləri də qorxuya salır

Bakıda avtoxuliqanlıq edən bir sürücü etdiyi əməli telefona çəkərək fəxrlə sosial şəbəkədə yayıb. Avtosfer.az xəbər verir ki, həmin sürücü gecə vaxtı yolun işıqlandırılmayan sahəsində çox təhlükəli manevrlər edərək ara məsafəsini gözləmədən sağdan-soldan necə gəldi ötüb keçir. Videoya diqqətlə baxanda görünür ki, bu sürücü başqa bir sürücü ilə də yarışır. Aydın olur ki, onun etdiyi təhlükəli manevrlər maşındakı sərnişinləri də qorxuya salır.

Belə hərəkət ağılsızlıqdan, savadsızlıqdan və təfəkkürsüzlükdən irəli gəlir. Bu tip sürücüləri avtoxuliqan kimi tutmaq yox, birbaşa dəmir barmaqlıqlar arasına salmaq lazımdır. Belə insanlara qarşı susmamalıyıq. Təhlükəli hərəkət edən zaman hamımız saxladıb irad bildirməliyik ki, sabah onun qurbanına çevrilməyək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh