Aparıcı ərinin qəzada öldüyünü canlı yayım zamanı öyrəndi - VİDEO

Maraqlı 10 Aprel 2017 02:15 Oxunub 6104
Aparıcı ərinin qəzada öldüyünü canlı yayım zamanı öyrəndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özünü itirsə də, 10 dəqiqə ərzində xəbərləri oxumağa davam edib

Hindistanda teleaparıcı canlı yayım zamanı son dəqiqə xəbərlərini təqdim edərkən həyat yoldaşının yol qəzasında öldüyünü öyrənib. “Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, Supreet Kaur adlı spiker “IBC24” kanalında xəbər bülletenini oxuyub. Daha sonra müxbirlərdən biri canlı yayıma bağlanaraq yol qəzası haqda məlumat verib. Ərinin öldüyünü öyrənən aparıcı özünü itirsə də, 10 dəqiqə ərzində xəbərləri oxumağa davam edib. Onun bu hərəkəti sosial şəbəkədə insanlar tərəfindən təqdir olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh