Novitec Maserati Levante-ni təkmilləşdirib - FOTO

Avtoxəbər 10 Aprel 2017 21:00 Oxunub 1102
Novitec Maserati Levante-ni təkmilləşdirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yeni qabaq və arxa spoylerlər, yan ətəklər və arxa diffuzor alıb

Novitec tüninq atelyesinin mütəxəssisləri Maserati Levante üçün təkmilləşdirmə proqramı təqdim ediblər. Avtosfer.az xəbər verir ki, proqrama həm güc aqreqatlarının təkmilləşdirilməsi, həm də krossoverin eksteryerinin dizaynının yaxşılaşdırılması daxildir. Alman tünerlər yolsuzluq avtomobili üçün karbondan hazırlanmış aerodinamik bodi-kit düzəldiblər. Avtomobil yeni qabaq və arxa spoylerlər, yan ətəklər və arxa diffuzor alıb. Novitec-də, həmçinin Levante-nin asılqanını 25 mm aşağı salıblar və o, müvafiq olaraq qabaq və arxada 265/35 və 295/30 ölçülü şinləri olan 22-düymlük xüsusi təkər diskləri alıb. Tünerlər 3,0-litrlik benzin mühərrikin gücünü 430-dan 494 a.g.-ə qədər artırıblar. Bu, krossoveri ilk yüzlüyə 4,8 saniyəyə sürətləndirir. Maksimal sürət 272 km/saatdır. Dizel modifikasiyası da gücləndirilib. O, 275 a.g. və 600 Nm-dən 322 a.g. və 680 Nm-dək güclü olub. Bu modifikasiya avtomobili ilk yüzlüyə 6,2 saniyəyə sürətləndirir. Maksimal sürət barədə hələlik məlumat verilmir. (auto.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh