Bakıda köhnə metro qatarlarının çıxardığı səslər sağlamlığa təhlükə yaradır - SOS

Yazarlar 10 Aprel 2017 15:18 Oxunub 2046
Bakıda köhnə metro qatarlarının çıxardığı səslər sağlamlığa təhlükə yaradır - SOS
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi köhnə qatarların hərəkəti zamanı normadan artıq səs yaranır

Bakı Metropoliteninin "28 May", "20 Yanvar", "Neftçilər" kimi stansiyalarında aparılan tədqiqatlar zamanı bəzi qatarların çıxardığı səs-küyün normadan artıq olduğu müəyyənləşib. Avtosfer.az xəbər verir ki, AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev "Report"a bildirib ki, tədqiqat zamanı sovet dövründən qalma bəzi köhnə qatarların çıxardığı səs-küyün 70-80 desibeldən (DB) artıq olduğu məlum olub. Onun sözlərinə görə, bu hal xüsusilə qatarlar stansiyaya yaxınlaşanda qeydə alınıb: "Sovet dövründən qalan bəzi qatarlar stansiyaya yaxınlaşanda, hərəkət edəndə, siqnal verəndə çıxan səslər 70-80 DB arası olur. Səhiyyə Nazirliyi isə 56-60 desibeldən yuxarı səsi insan sağlamlığı üçün təhlükəli hesab edir".

Ə.Əliyev deyib ki, qatarların yenilənməsi, səs-küyü az olanlarla əvəzlənməsi, həddindən artıq sürət, yüksək siqnal kimi amillərə son qoyulması ilə problemi həll etmək mümkündür.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh