Lizinqlə avtomobil aldı: başına nələr gəldi - VİDEO

Xəbərlər 11 Aprel 2017 02:10 Oxunub 1871
Lizinqlə avtomobil aldı: başına nələr gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP: "Heç kəs həmin cəriməni tələb edə bilməz"

Paytaxt sakini Cavad Tağızadə bankların birindən lizinq yolu ilə avtomobil alır. Bir neçə ay ödəniş etdikdən sonra bankdan ona məlumat verilib ki, avtomobilin ödənilməmiş 91 manat cəriməsi var və avtomobilə həbs qoyulub. Həmin cərimənin üzərinə hər gün faiz əlavə edilir. Cavad Tağızadə deyir ki,həbsə səbəb olan qayda pozuntusu onun tərəfindən deyil avtomobilin əvvəlki sahibi Elmar tərəfindən və alqı-satqıdan əvvəl törədilib. Lizinq müqaviləsi bağlanarkən ona bu haqda məlumat verilməyib

Bu məsələ lizinq yolu ilə alqı-satqı aparılarkən tərəflərin məsuliyyətini gündəmə gətirir. Ekspert Anar Ramazanovun sözlərinə görə burada ən böyük məsuliyyət bankın üzərinə düşür.Mülki məcəllənin 748 və 749-cu maddələri bankların məsuliyyətini əks etdirir

Bankın bu məsuliyyətsizliyi yeni müştərinin hüququn pozulmasına səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə bildirdi ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, cərimələr onu törədən şəxs tərəfindən, yəni indiki halda avtomobilin əvvəlki sahibi tərəfindən ödənilməlidir. Heç kəs Cavad Tağızadədən həmin cəriməni tələb edə bilməz. Əgər cərimələr ödənmirsə, onda avtomobil cərimə meydançasına aparılmalıdır. Ona görə də Cavad Tağızadə bu haqda ona məlumat verməyən bankdan cərimənin ödənilməsini təmin etməyi tələb etməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh