Pulu mənimsənilən qadından Daxili İşlər Nazirliyinə təşəkkür

Yol polisi 11 Aprel 2017 03:28 Oxunub 2149
Pulu mənimsənilən qadından Daxili İşlər Nazirliyinə təşəkkür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmi dörd gün ərzində ona dəymiş ziyan tamamilə ödətdirilib

”Hər gün Daxili İşlər Nazirliyinin ünvanına vətəndaşlarımız tərəfindən onlarla təşəkkür məktubları və teleqrammaları gəlir”. Avtosfer.az xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov özünün facebook səhifəsində bəyan edib. O, yeri gəldikcə belə məktubları paylaşacağını bildirib: “Sumqayıt şəhər sakini Arifə Abbasova yazır ki, bu ilin fevralında Faiq Alırzayev adlı şəxs ona qarşı dələduzluq edərək 1200 manatını ələ keçirib. Bununla bağlı o, Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət edib. Müraciəti ilə bağlı DİN–in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən də qəbul edilib. Baş idarə rəhbərliyinin göstərişi ilə xanımın müraciəti Nərimanov RPİ-nin İstintaq şöbəsində araşdırılıb. Cəmi dörd gün ərzində istintaq yekunlaşıb və ona dəymiş ziyan tamamilə ödətdirilib. A.Abbasova ölkəmizdə insanların hüquq və azadlıqlarının, onların mülkiyyətinin qorunması naminə daxili işlər orqanlarının apardıqları qətiyyətli mübarizədən məmnun qaldığını yazır və buna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh