Ana içdi, maşını uçurtdu - VİDEO

Avtosfer TV 11 Aprel 2017 22:03 Oxunub 2821
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tanya Çikvaurə 3 il müddətində avtomobil idarə etmək yasaqlanıb

İngiltərənin Piterboro şəhərində 32 yaşlı Tanya Çikvauerin məhkəmə prosesi başa çatıb. Hakimin qərarı ilə o, həddən artıq sərxoş vəziyyətdə avtomobil idarə etməkdə suçlanıb və 26 həftə müddətinə azadlıqdan məhrum olunub. Avtosfer.az milli.az-a istinadən bildirir ki, T.Çikvauer içib sərxoş olandan sonra Nissan Yashqai avtomobilinin sükanı arxasına əyləşib. Maşının arxa oturacağında Tanyanın 20 aylıq oğlu vardı. T.Çikvauer Piterboro şəhərinin kənarındakı A605 trası ilə hərəkət edərkən maşın yolayırıcında qəflətən sürətlənib və təxminən 4 metr havaya qalxaraq "uçub". Xoş təsadüfdən Tanya ilə oğlu ağır xəsarətlər almayıblar, qəzadan qurtulublar. T.Çikvaurə 3 il müddətində avtomobil idarə etmək yasaqlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh